
Bakı. Trend:
İsrail növbəti dəfə hücum edərsə, İran bir neçə saniyə ərzində
cavab verəcək.
Trend-in məlumatına görə, bunu İranın xarici işlər nazirinin
müavini Əli Baqeri Kəni deyib.
Onun sözlərinə görə, ötən dəfənin əksinə olaraq, İran bu dəfə 12
gün gözləməyəcək.
Nazir müavini bildirib ki, İrana qarşı hər hansı hücum baş
verərsə, budəfəki hücum daha ağır olacaq.
Qeyd edək ki, 1 apreldə İsrail HHQ-nin Suriya paytaxtı Dəməşqin
Mezze məhəlləsini vurması nəticəsində 13 nəfər, o cümlədən, İran
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə
komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd
Hacı Rəhimi ölüb. 14 apreldə isə İran buna cavab olaraq İsrailə
onlarla raket və PUA atdığını təsdiqləyib.





























