
Bakı. Trend:
Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq
olunub.
Trend xəbər
verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
Bildirilib ki, parlament binasına giriş məhdudlaşdırılıb,
içəriyə ancaq dəvət olunmuş şəxslər daxil ola bilərlər.
Qeyd olunub ki, təhlükəsizlik tədbirləri Gürcüstan parlamentində
“Xarici agentlər haqqında” qanun layihəsinin müzakirəsi ilə
əlaqədardır. Belə ki, qanun layihəsinə etiraz edənlər daha əvvəl
parlament binasının qarşısında toplaşıblar. Gürcüstan polisi 14
etirazçını saxlayıb.
Etirazçılar bu gün də etiraz aksiyalarını bərpa edəcəklərini
deyiblər.





























