Advertisement

İtaliya şirkətləri Qarabağın bərpası üçün müasir “yaşıl” texnologiyalardan istifadə edirlər – İTA

Bakı. Trend:

İtaliya şirkətləri Qarabağın bərpası üçün ətraf mühitə zəif
təsir edən müasir “yaşıl” texnologiyalardan istifadə edirlər.

Trend xəbər
verir ki, bu barədə Bakıdakı İtaliya Ticarət Agentliyinin (İTA)
direktoru Andrea Makkanik agentliyin 2024-cü ilin yaz-yay aylarına
planlaşdırılan tədbirlərinə həsr olunmuş mətbuat konfransında
deyib.

“Azərbaycan və İtaliya arasında iqtisadi əlaqələr hazırda
inkişaf edir və çox möhkəmdir”, – o deyib.

Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad olunmuş
ərazilərində iki ölkənin layihələndirmə və dizayn sahəsində
əməkdaşlığı davam edir.

“Bu ərazilərdə quruculuq işləri görüldüyündən biz həmçinin,
tikinti və mühəndislik sahələrində əməkdaşlıq edirik”, – o
deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun