Advertisement

Ermənistan KTMT-nin üzvü olaraq fəaliyyət dairəsini azaldıb – Baş katib

Bakı. Trend:

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının
(KTMT) üzvü olaraq fəaliyyət dairəsini əhəmiyyətli dərəcədə
azaldıb.

Trend xəbər
verir ki, bu barədə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov
“NEWS.ru”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistanın təşkilatda üzvlüyünü
“dondurması” təşkilatın sənədlərində öz əksini tapmayıb.

“Ermənistan təşkilatın üzvü olaraq fəaliyyətinin həcmini
həqiqətən əhəmiyyətli dərəcədə azaldıb”, – deyə baş katib əlavə
edib.

Xatırladaq ki, bu ilin fevral ayında Ermənistanın baş naziri
Nikol Paşinyan Fransanın “France 24” telekanalına müsahibəsində
Ermənistanın KTMT-də iştirakını dondurduğunu bildirib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun