Advertisement

Putin və Rəisi arasında telefon danışığı olub

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin və iranlı həmkarı İbrahim
Rəisinin telefon danışığı olub.

Trend xəbər
verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Putin Rəisini və İrandakı bütün müsəlmanları
müqəddəs Ramazan ayının bitməsi və Ramazan bayramı münasibətilə
təbrik edib.

Bundan başqa, Rusiya və İran prezidentləri Yaxın Şərqdəki
vəziyyəti müzakirə ediblər. Putin bütün tərəflərin təmkinli
davranacağına və yeni qarşıdurmaya yol verməyəcəyinə ümid etdiyini
bildirib və əks halda bunun bütün region üçün faciəvi nəticələrə
yol açacağını əlavə edib.

Rəisi də öz növbəsində İsrailə hücumunun məcburi olduğunu və
məhdud xarakter daşıdığını, müstəsna olaraq hərbi obyektlərin hədəf
alındığını bildirib.

“İran prezidenti Tehranın gərginliyi artırmaqda maraqlı
olmadığını bildirib”, – Kremlin məlumatında qeyd olunub.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun