Advertisement

Ukrayna prezidenti səfərbərlik haqqında qanunu imzalayıb

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski səfərbərlik haqqında
qanunu imzalayıb.

Trend xəbər
verir ki, bu barədə Ukrayna Ali Radasının saytında məlumat dərc
olunub.

Yeni qanun layihəsi Ukraynada səfərbərlik şərtləri, hərbi
qeydiyyat və hərbi xidmətlə bağlı şərtlərə dəyişikliyi nəzərdə
tutur.

Qanun layihəsi aprelin 16-da Ukrayna parlamentinin sədri
tərəfindən də imzalanıb. Zelenskinin imzasından sonra qanun
layihəsinin Ukrayna parlamentinin rəsmi nəşri olan “Qolos Ukrayna”
tərəfindən dərc olunacağı gözlənilir. Qanun dərc olunduqdan 1 ay
sonra qüvvəyə minəcək.

Yeni qanuna əsasən, Ukraynada hərbi çağırış yaşı 27 yaşdan 25
yaşa endiriləcək və “məhdud yararlı” statusu ləğv olunacaq.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun