Advertisement

İran səfiri Portuqaliya XİN-ə çağırıldı

Bakı. Trend:

İran səfiri Portuqaliya Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu barədə Portuqaliya Xarici İşlər
Nazirliyi məlumat yayıb.

Məlumata görə, Portuqaliya XİN İran səfirini ölkəsinin İsrailə
qarşı hücumunu şiddətli şəkildə pisləmək və Hörmüz boğazında SEPAH
tərəfindən ələ keçirilən Portuqaliya bayraqlı MSC Aries konteyner
gəmisinin dərhal azad edilməsini tələb etmək üçün çağırıb.

Qeyd edək ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçilər
Korpusu (SEPAH) cənubda Hörmüz boğazı yaxınlığında “MCS Aries” adlı
konteyner daşıyan gəmini ələ keçirib.