
Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti
Vladimir Putinlə Ankaraya səfəri ilə bağlı razılığa gəldiyini
təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Nazirlər
Kabinetinin iclasından sonra jurnalistlərə deyib.
Onun sözlərinin görə, V.Putinin səfəri ilə bağlı tarix hələ
müəyyən edilməyib.
“Cənab Putinlə tez-tez telefon danışıqlarımız olur. Onun
Türkiyəyə səfəri ilə bağlı isə hələlik tarix müəyyənləşməyib. Ümid
edirəm ki, tezliklə bu məsələ ilə bağlı ətraflı məlumat veriləcək”,
– deyə o bildirib.





























