Advertisement

İrəvanda Müdafiə Nazirliyinin keçmiş binası partladılıb

Bakı. Trend:

İrəvanda Müdafiə Nazirliyinin keçmiş binası partladılıb.

Trend xəbər
verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Bildirilib ki, Ermənistanın Dövlət Gəlirlər Komitəsinin
balansında olan binada kasıb ailələr məskunlaşsa da, 2023-cü ilin
fevral ayında bina boşaldılıb.

Qeyd olunub ki, partladılan binanın yerində Ermənistan Dövlət
Gəlirlər Komitəsinin inzibati binası və Xarici İqtisadi Fəaliyyət
Mərkəzi inşa olunacaq.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun