
Bakı. Trend:
Rusiya 235 avstraliyalı deputatın ölkəyə girişinə qadağa
qoyub.
Trend xəbər
verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat
yayıb.
Məlumatda qeyd olunub ki, qadağa sözügedən deputatların
Avstraliyada anti-Rusiya gündəm formalaşdırmaları ilə bağlıdır.
Belə ki, onların Rusiya ərazisində girişi müddətsiz olaraq qadağan
edilib.
Rəsmi Kanberra anti-Rusiya kursundan imtina etməyəcəyi və ölkəyə
qarşı yeni sanksiyalar tətbiq edəcəyi təqdirdə Moskvanın qadağa
siyahısı üzərində işləməyə davam edəcəyi bildirilib.





























