
Bakı. Trend:
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron İranın
İsrailə hücumundan sonra gərginliyi azaltmaq və ölkə liderləri ilə
danışıqlar aparmaq məqsədilə bu gün Təl-Əvivə səfər edib.
Trend xəbər verir ki, Kemeron jurnalistlərə açıqlamasında İranın
hücumuna cavab olaraq israillilərin hərəkətə keçmək qərarına
gəldiyini qeyd edib.
“Ümid edirik ki, onlar bunu mümkün qədər az eskalasiyaya səbəb
olacaq şəkildə edəcəklər”,- deyə baş nazir bildirib.
O, Böyük Britaniyanın İrana qarşı razılaşdırılmış sanksiyalar
görmək istədiyini də vurğulayıb.
Devid Kemeron Böyük Yeddilik Qrupu ölkələrinin xarici işlər
nazirlərinin İtaliyadakı görüşü ərəfəsində deyib ki, G7 tərəfindən
İrana aydın və birmənalı mesaj verilməlidir.





























