
Bakı. Trend:
ABŞ Konqresinin Nümayəndələr Palatası dövlət başçısının İrana
qarşı sanksiyalar tətbiq etməsinə imkan verən qanunun müddətsiz
qüvvədə qalmasını dəstəkləyib.
Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Nümayəndələr Palatasının 407 üzvü qanun
layihəsinin lehinə, 16 nəfər isə əleyhinə səs verib.
Qeyd olunub ki, sənəd nəzərdən keçirilməsi üçün Senata
göndəriləcək.





























