
Bakı. Trend:
Qazaxıstanda daşqınlarla əlaqədar olaraq 117 mindən çox insan
təxliyə edilib.
Trend xəbər
verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Mülki
Müdafiə və Hərbi Hissələr Komitəsinin baş zabiti Yerasıl Saipaş
brifinqdə məlumat verib.
“Daşqın dövrünün əvvəlindən indiyədək 117 142 nəfər xilas
edilərək təxliyə olunub, bunların 40 833 nəfəri uşaqlardır.
Müvəqqəti yerləşdirmə məntəqələrində 6932 nəfər var, bunların 3111
nəfəri uşaqdır. İndiyədək qədər 17 547 nəfər öz evlərinə qayıdıb”,
– o deyib.
Qeyd edək ki, Qazaxıstanda daşqınlar mart ayında başlayıb.
Ölkənin 8 regionunda yerli səviyyədə fövqəladə vəziyyət elan
olunub. Xilasetmə işlərinə 46 mindən çox insan, 4 mindən çox
texnika və 16 təyyarə cəlb olunub.





























