Advertisement

Tbilisinin mərkəzində atışma olub – Trend.Az

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində atışma olub.

Trend xəbər
verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Məlumata görə, hadisə Tbilisi şəhərinin Vake rayonunda baş
verib.

Atışma nəticəsində üç nəfər xəsarət alıb və xəstəxanaya
yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu qeyd
olunub.

Şahidlərin sözlərinə görə, atəş açan şəxs maskalı olub. O,
küçədə mühafizə ilə hərəkət edən cavan adama atəş açıb, mühafizəçi
cavab atəşi ilə hücum edən şəxsi yaralayıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun