Advertisement

Mirzoyan Səudiyyə Ərəbistanına gedib – Trend.Az

Bakı. Trend:

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə
Ərəbistanına gedib.

Trend xəbər
verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat
yayıb.

Məlumata görə, Mirzoyan Ər-Riyad şəhərində Səudiyyə Ərəbistanı
Krallığının təhsil naziri Yusuf bin Abdulla Əl-Banyanla
görüşüb.

Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq müzakirə
olunub.

Qeyd edək ki, Mrzoyanın 2023-cü ilin noyabr ayında iki ölkə
arasında diplomatik əlaqələr qurulandan sonra Səudiyyə Ərəbistanına
ilk yüksək səviyyəli səfəri olacaq.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun