Advertisement

CHP sədri AŞPA-da Azərbaycana dəstəyini ifadə edib

Bakı. Trend:

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana
dəstəyini ifadə edib.

Trend xəbər verir ki, onun sözlərinə görə, Azərbaycanla bağlı
yaşanan hadisə təəssüf doğurur.

“Biz Şuranın ortaq dəyərlərini müdafiə edirik, lakin
Azərbaycanla bağlı yaşanan hadisə hər iki tərəf üçün ibrətamizdir.
Və bundan sonra münasibətlərin yenidən təsis edilməsi, bizim üçün
çox önəmli olan Azərbaycanla Şura arasında hər cür məsuliyyəti
üzərimizə götürməyə hazırıq”, – partiya sədri qeyd edib.

Xatırladaq ki, yanvarın 24-də Azərbaycan nümayəndə heyəti AŞPA
ilə əməkdaşlığı dayandırıb.