Advertisement

Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edib

Bakı. Trend:

Türkiyənin Xarici İşlər Nazirliyi Livandakı vətəndaşlarına
müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər
Nazirliyi səyahət xəbərdarlığı dərc edib.

“Regionumuzda baş verən son hadisələrlə əlaqədar Livandakı
vətəndaşlarımıza ehtiyatlı olmaları, lazım olmadıqca Nəbatiyyə,
Cənubi Livan, Bekaa və Baalbek-Hirmil vilayətlərinə getməmələri
tövsiyə olunur”, – XİN-in mətbuat xidməti diqqətə çatdırıb.