Advertisement

İzmirdə iki zavodda yanğın baş verib

Bakı. Trend:

İzmir şəhərinin Çiğli rayonundakı Atatürk Mütəşəkkil Sənaye
Bölgəsində kauçuk və plastik zavodlarında yanğın baş verib.

Trend xəbər verir ki, yanğın ilk öncə kauçuk zavodunda
başlayaraq sonradan plastik zavoduna sıçrayıb. Yanğının dəqiq
səbəbi hələlik məlum deyil.

Hadisə yerinə xeyli sayda yanğınsöndürmə briqadaları cəlb
olunub.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır.