
Bakı. Trend:
Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri
gücləndirilib.
Trend xəbər
verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
Məlumata görə, aprelin 18-də Gürcüstan parlamentinə giriş
məhdudlaşdırılıb.
Qeyd olunub ki, sözügedən təhlükəsizlik tədbiri Gürcüstan
parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun
layihəsinin nəzərdən keçirilməsi ilə bağlıdır.
Xatırladaq ki, aprelin 17-də Gürcüstan parlamenti “Xarici
təsirin şəffaflığı haqqında” qanun layihəsini ilk oxunuşda qəbul
edib.
Məlumata görə, 83 deputat qanun layihəsinin lehinə səs verib,
müxalifət fraksiyasından olan deputatlar iclas zalını tərk
ediblər.
Qanun xaricdən maliyyələşdirilən QHT və KİV-in xüsusi reyestrdə
qeydiyyatdan keçməsini və hər il bəyannamə doldurmasını tələb
edir.
Qeyd edək ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun
layihəsinin qüvvəyə minməsi üçün Gürcüstan parlamentinin
deputatları onu hələ iki oxunuşda da qəbul etməlidir.





























