
Bakı. Trend:
Finlandiya Nazirlər Kabineti Rusiya ilə sərhəddə sığınacaq
verməkdən imtina etməyə imkan verən qanun layihəsini parlamentə
təqdim edib.
Trend xəbər
verirki, bu barədə Finlandiya hökumətinin mətbuat xidməti məlumat
yayıb.
Qanun layihəsinə görə, Finlandiyada sığınacaq istəyən şəxslər
müraciətlərinə baxılan müddətdə qərarı birbaşa sərhəddə və ya onun
yaxınlığında gözləməli olacaq və qaçqınların qəbul mərkəzini tərk
edə bilməyəcəklər.
Məlumata görə, bu dəyişikliklər Finlandiyanın Rusiya ilə
sərhədinə və hava limanlarına şamil ediləcək.
Qeyd olunub ki, Finlandiyadan sığınacaq istəyən, lakin imtina
cavabı alan şəxsləri daha sürətlə deportasiya etmək mümkün
olacaq.





























