
Bakı. Trend:
İsveç hökuməti yaxın zamanda Qırmızı dənizə 25 nəfərdən ibarət
tibbi heyət göndərməyə qərar verib.
Trend xəbər
verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Yonson yerli
telekanala müsahibəsində deyib.
Məlumata görə, sözügedən tibbi heyət Niderlanda məxsus gəmidə
olacaq və Avropa İttifaqının (Aİ) hərbi dəniz qüvvələrinin
“Aspides” missiyasında iştirak edəcək.
Əsasən cərrah və anestezioloqlardan ibarət olacaq tibb heyətinin
ən azı avqust ayınadək Aİ missiyasında iştirak edəcəyi qeyd
olunub.
Qeyd edək ki, Aİ-nin Qırmızı dənizdə gəmilərin mühafizəsi üzrə
“Aspides” missiyası fevralın 19-da başlayıb. Missiya hazırda dörd
freqatdan ibarətdir. ABŞ və Böyük Britaniyanın Süveyş kanalında
ticarət gəmilərinin mühafizəsi üçün özlərinin ayrı koalisiyası
var.





























