[ad_1]

Bakı. Trend:
Macarıstan Moldovanın Avropa İttifaqına (Aİ) daxil olmasını
dəstəkləyir və bu məsələ ilə bağlı danışıqların tez və effektiv
şəkildə aparılmasına kömək edəcək.
Trend TASS-a
istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban
Budapeştdə moldovalı həmkarı Dorin Reçan ilə görüşdən sonra
keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, söhbət təkcə Aİ-yə üzvlüyün Moldova üçün
faydalı olacağından deyil, həm də Avropa İttifaqının yeni enerjiyə
ehtiyacı olmasından gedir.
[ad_2]
Source link





























