
Bakı. Trend:
Türkiyənin Tokat vilayətində baş verən 5,6 bal gücündə zəlzələ
nəticəsində bir sıra tikiliyə ciddi zərər dəyib.
Trend-in
məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca
bildirib.
Məlumata əsasən, Tokatın müxtəlif bölgələrində bir ev və iki
məscidin minarələri dağılıb. Yeraltı təkanların təsirindən Yozqat
şəhərinin də müxtəlif məhəllələrində üç ev çöküb. Təbiət hadisəsi
zamanı Tokatda bir nəfər xəsarət alıb.
Hadisə yerlərinə xilasedicilər və təcili tibbi yardım
briqadaları cəlb olunub.
xxx
19:23
Türkiyədə Tokat şəhərinin Sulusaray rayonunda 5,6 maqnitudada
zəlzələ olub.
Trend xəbər verir ki, bu
barədə Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD)
məlumat yayıb.
Məlumata görə, dərinliyi 5,99 kilometr olan zəlzələ ətraf
əyalətlərdə də hiss olunub.





























