Bakı. Trend:
BMT Təhlükəsizlik Şurası Baş Assambleyaya Fələstinə təşkilata
tamhüquqlu üzvlük verilməsini tövsiyə edən qətnamə layihəsini qəbul
etməyib.
Trend-in məlumatına görə, səsvermə zamanı ABŞ Təhlükəsizlik
Şurasının daimi üzvlərinin veto hüququndan istifadə edərək sənədi
bloklayıb. Birləşmiş Ştatlar əleyhinə səs verən yeganə ölkədir.
Təhlükəsizlik Şurasının 12 üzvü lehinə səs verib, ikisi bitərəf
qalıb.
Qətnamə layihəsi Əlcəzair tərəfindən hazırlanıb. Sənəddə Baş
Assambleyaya Fələstinə hazırkı müşahidəçi statusu əvəzinə BMT-nin
tamhüquqlu üzvü statusunun verilməsi ilə bağlı tövsiyələr əks
olunub.




























