Advertisement

Suriyada 16 əsgər terrorçular tərəfindən öldürülüb

Bakı. Trend:

Suriya ordusunun və “Milli Müdafiə Qüvvələri”nin ən azı 16 hərbi
qulluqçusu Homs əyalətində terrorçuların hücumu nəticəsində həlak
olub.

Trend-in məlumatına görə, bu barədə “Al Hadath” televiziya
kanalı xəbər verib.

Məlumata əsasən, hərbi avtobusda olan əsgərlər və yığma qoşun
döyüşçüləri gecə saatlarında Əl-Teybe ərazisində magistral yolda
“İslam Dövləti” terrorçu qruplaşmasının dəstəsi tərəfindən pusquya
salınıb.

Hadisə yerinə gələn hökumətin xüsusi təyinatlı dəstəsi Suriya
səhrasının dərinliklərinə çəkilən terrorçuları dəf edib.