Advertisement

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Bakı. Trend:

Paris şəhərinin polis prefekturası bazar günü islaomofobiya və
rasizmə qarşı etiraz yürüşü keçirilməsinə icazə verməyib.

Trend-in
məlumatına görə, bu barədə “Figaro” nəşri xəbər verib.

Məlumata əsasən, prefektura qərarını “ictimai təhlükəsizliyə
qarşı ciddi risk” olması ilə əsaslandırıb. Bildirilib ki, polisin
yarana biləcək iğtişaşları yatırmaq üçün kifayət qədər qüvvəsi
yoxdur.