Advertisement

İsrail İrana “məhdud sayda” zərbələr endirib

Bakı. Trend:

İsrail 13 aprel hücumuna cavab olaraq İrana “məhdud sayda”
zərbələr endirib.

Trend-in
məlumatına görə, bu barədə “Fox News” televiziya kanalı mənbəyə
istinadən bildirib.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri
Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə “Doğru vəd
əməliyyatı” kod adı altında İsrailə hücum edib. Hücumların aprelin
1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab
olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk
birbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın
başa çatdığını elan edib.