Advertisement

Yanvar-mart aylarında Çindən Türk limanlarına 3 milyon tondan çox yük daşınıb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Çindən Türk limanlarına 3
milyon 339 min 865 ton yük daşınıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və
İnfrastruktur Nazirliyindən bildirilib.

Məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Çindən
limanlara 14 min 779 ton, digər ölkələrin bayraqları altında üzən
gəmilər isə 3 milyon 150 min 922 ton yük çatdırıb.

Bu müddət ərzində Çin bayraqlı gəmilərlə Türkiyə limanlarına 174
min 164 ton yük çatdırılıb. 2024-cü ilin yanvar-mart aylarında
Türkiyə limanlarına Çindən 1 milyon 280 min 21 ton tranzit yük
daşınıb.

Qeyd edək ki, 2024-cü ilin mart ayında Türkiyə limanları 36
milyon 684 min 911 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili
limanlara yük qəbulu 2 milyon 965 min 1 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə
yük daşınması 33 milyon 719 min 910 ton olub.

Bununla yanaşı, 2024-cü ilin mart ayında Türkiyə limanlarından 5
milyon 699 min 607 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-mart
aylarında Türkiyə limanları 102 milyon 714 min 524 ton yük qəbul
edib.

Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 7 milyon 704 min
473 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə
isə Türkiyə limanlarına yükdaşımalar 95 milyon 10 min 51 ton təşkil
edib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-mart aylarında
Türkiyə limanlarından 16 milyon 857 min 351 ton transit yük
daşınıb.

2024-cü ilin mart ayında Türkiyə limanları 4 min 834 gəmi qəbul
edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin
bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 324, Türkiyə
bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 510 olub.

2024-cü ilin yanvar-mart aylarında Türkiyə limanları 13 min 718
gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən
digər ölkələrin bayraqları altında olan gəmilər 9 min 372, Türkiyə
bayrağı altında olan gəmilər isə 4 min 346 olub”, – deyə
nazirlikdən bildirilib.