
Bakı. Trend:
2024-cü ilin yanvar-mart aylarında Azərbaycan vətəndaşları
Türkiyədə 169 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin
eyni dövrü ilə müqayisədə 38 obyekt azdır.
Bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və
Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat
verilib.
Bildirilib ki, bu ilin mart ayında Azərbaycan vətəndaşları
Türkiyədə 57 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin fevral
ayı ilə müqayisədə 12 obyekt azdır.
Qeyd edək ki, 2024-cü ilin mart ayında Türkiyədə 105 min 394
mənzil satın alınıb ki, bu da 2023-cü ilin fevral ayı ilə
müqayisədə 0,1 faiz azdır.
Məlumata görə, 2024-cü ilin yanvar-mart aylarında Türkiyədə 279
min 604 mənzil satın alınıb.
“Bu göstəricilər 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz
azdır”, – deyə nazirlikdən qeyd edilib.
2024-cü ilin mart ayında Türkiyədə xarici vətəndaşlara 778
mənzil satılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə
47,9 faiz azdır.
Eyni ilin yanvar-mart aylarında əcnəbi vətəndaşlar Türkiyədən 5
min 685 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə
48 faiz azdır.





























