Advertisement

Bu ölkə vətəndaşlarını İsraili tərk etməyə çağırdı

Bakı. Trend:

Avstraliya hökuməti terror hücumları təhlükəsini əsas gətirərək,
öz vətəndaşlarını imkan daxilində İsraili tərk etməyə çağırıb.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Xarici İşlər
Nazirliyinin yaydığı bəyanatda vurğulanıb.

Bəyanatda bildirilib ki, İranın İsrailə pilotsuz uçan
aparatlarla, raketlərlə hücumundan və bunun ardınca İsrailin
İsfahandakı hərbi bazanı hədəfə götürməsindən sonra mülki
insanların həyatına olan təhlükənin səviyyəsi artıb.

“Hərbi hücumlar hava məkanının bağlanmasına, uçuşların ləğv
edilməsinə, təxribatlara səbəb ola bilər”, – Avstraliya XİN-in
məlumatında qeyd olunub.