Advertisement

NASA mütəxəssisləri Mars helikopterindən istifadəni dayandırıb

Bakı. Trend:

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA)
mütəxəssisləri əvvəllər zədələnmiş “İngenuity” helikopterindən
istifadəni dayandırıblar.

Trend xəbər verir
ki, bu barədə Amerika Kosmik Agentliyinin Jet Propulsion Laboratory
(JPL) tərəfindən dərc edilmiş yazılı bəyanatında deyilir.

Sənəddə göstərildiyi kimi, helikopter “gözləntiləri aşaraq və
planlaşdırılandan bir neçə uçuşu tamamlayaraq, Qırmızı planetdəki
missiyasını dayandırıb”.

“Helikopter dik vəziyyətdə qalsa da və yerdə nəzarətçilərlə
təmasda olsa da, bu həftə Yerə göndərilən 18 yanvar uçuşunun
görüntüləri onu göstərir ki, eniş zamanı onun bir və ya bir neçə
qanadı zədələndib və uçuş yerinə yetirə bilmir” ,- deyə sənəddə
qeyd olunub.

NASA həmçinin qeyd edib ki, ilkin olaraq 30 gün ərzində
İngenuity-in yalnız beş nümayiş uçuşunu planlaşdırdığını, lakin
cihaz Marsda “təxminən üç il ərzində 72 uçuş həyata keçirib”.

Tikintisi 80 milyon dollara başa gələn helikopter Perseverance
roveri ilə birlikdə 18 fevral 2021-ci ildə Jezero Kraterinə
çatdırılıb. NASA daha əvvəl altı təkərli roverin çata bilmədiyi
yerləri araşdırmaq, həmçinin planetin səthinin 3D xəritələrini
yaratmaq və digər elmi problemləri həll etmək üçün çəkisi 1,8 kq
olan İngenuity-dən istifadə edəcəyini bildirmişdi.