
Bakı. Trend:
Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay
Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən
təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırılıb.
Trend xəbər verir ki, bu barədə aeroportun mətbuat xidməti
məlumat yayıb.
Qeyd olunub ki, bu addım nasazlığın davam etməsi ilə bağlıdır və
bərpa işlərinin effektivliyini təmin etmək üçün atılıb.
Qeyd edək ki, aprelin 16-na keçən gecə regionda güclü yağış
səbəbindən Birləşmiş Ərəb Əmirliklərindən uçuşlar dayandırılıb.





























