
Bakı. Trend:
2023-cü ildə Rusiya ABŞ və Avropadan ümumilikdə qiyməti 1
milyard dollardan çox çip alıb.
Trend xəbər verir
ki, bu barədə Bloomberg məlumat yayıb
Bununla belə, sənədlərdə müəssisələrin sanksiya qanunlarını
pozduğu göstərilmir və məlumatlarda çiplərin kim tərəfindən
Rusiyaya ixrac edildiyi, haradan göndərildiyi və nə vaxt istehsal
edildiyi göstərilmir.
Nəşrin məlumatına görə, qadağan olunmuş texnologiyaların böyük
əksəriyyəti üçüncü ölkələrdən, xüsusən də Çin, Türkiyə və Birləşmiş
Ərəb Əmirliklərindən reeksport hesabına Rusiyaya gətirilib.





























