
Bakı. Trend:
Almaniya səlahiyyətliləri dörd ədəd “Patriot” hava hücumundan
müdafiə sisteminin alınması imkanını araşdırır.
Trend xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrinə
istinadla məlumat yayıb.
Bildirilib ki, hazırda Almaniya hökuməti mart ayında elan
edilmiş dörd “Patriot” akkumulyatorunun tədarükü üçün ABŞ şirkəti
“Raytheon” ilə bağlanmış müqaviləyə əlavə olaraq, yeni hava
hücumundan müdafiə sistemlərinin alınmasının necə
maliyyələşdirilməsini nəzərdən keçirir. Qeyd edilir ki, əlavə
sistemlərin alınması təsdiqlənərsə, “Patriot”ların alış
əməliyyatının dəyəri 2,6 milyard dollara çata bilər.





























