Advertisement

Bayraktar TB3 SİHA sınaq uçuşlarını davam etdirir (FOTO)

Bakı. Trend:

Baykar tərəfindən milli və yerli olaraq inkişaf etdirilən
Bayraktar TB3 Silahlı Pilotsuz Uçuş Aparatı (SIHA) sınaq uçuşlarını
fasiləsiz davam edir.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə
Baykar şirkəti açıqlama verib.

Həftə ərzində həyata keçirilən sınaqlarda iki prototipi uçan
milli PUA-nın ümumi uçuş saatı 272 saat 47 dəqiqəyə çatıb.

Bayraktar TB3 PT-1 və PT-2 keçən həftə orta hündürlükdə sistem
və dözümlülük göstəricilərinin ölçüldüyü bütün sınaqları uğurla
tamamlayıb.

TUSAŞ-ın yerli istehsal etdiyi PD-170 mühərriki ilə havaya
qalxan SİHA, 20 dekabr 2023-cü ildə həyata keçirilən uzun uçuş
testində enişdən əvvəl 32 saat havada qalıb və səmada 5 min 700
kilometr qət edib.

Xatırladaq ki, Bayraktar TB3 ilk dəfə 26 Mart 2024-cü ildə
ASELSAN tərəfindən milli olaraq hazırlanmış ASELFLIR-500 ilə
uçub.

Sınaq çərçivəsində dünyadakı ekvivalentləri ilə müqayisədə ən
yüksək göstəricilərə malik olan ASELFLİR-500 elektro-optik
kəşfiyyat, müşahidə və hədəf təyinetmə sisteminin inteqrasiyası
uğurla həyata keçirilib.