
Bakı. Trend:
Bağdaddan 50 km cənubda şiə “Əl-Həşd əş-Şaabi” qruplaşmasının
istifadə etdiyi Kalsu hərbi bazasında partlayış baş verib.
Trend-in məlumatına görə, bu barədə mənbələrə istinadən
“Reuters” məlumat yayıb.
Bazaya hava hücumu təşkil edildiyi qeyd edilir. Partlayış
nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.





























