Advertisement

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Bakı. Trend:

Çexiyanın dövlət borcu 2024-cü ilin birinci rübündə 109,9
milyard kron (təxminən 4,6 milyard dollar) artaraq rekord həddə –
3,221 trilyon krona (təxminən 136 milyard dollar) çatıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi
məlumat yayıb.

Dövlət borcu ÜDM-in 43,6 faizini təşkil edir. Ötən ilin birinci
rübünün sonunda bu göstərici 42,4 faiz olub.

Maliyyə Nazirliyinin məlumatına görə, cari ilin birinci rübündə
dövlət borcunun əhəmiyyətli dərəcədə artması, əsasən, martın
sonunda 105 milyard krona (təxminən 4,4 milyard dollar) çatan
dövlət büdcəsi kəsirinin ödənilməsi üçün dövlət istiqrazlarının
satışı ilə bağlıdır.