Advertisement

Ekvadorda fövqəladə vəziyyət rejimi tətbiq edilib

Bakı. Trend:

Ekvador Prezidenti Daniel Noboa enerji böhranı ilə əlaqədar
ölkədə 60 gün müddətinə fövqəladə vəziyyətin tətbiqi haqqında
fərman imzalayıb.

Trend xəbər verir ki, fərmana görə, bu tədbir enerji
çatışmazlığı probleminin həlli üçün kifayət qədər vaxtın olmasını
təmin etmək və yaxın gələcəkdə vəziyyətin sabitləşəcəyini nəzərə
alaraq hazırda elektrik enerjisindən səmərəli istifadə məqsədi
daşıyır.

Bundan əlavə, fərman mühüm enerji infrastrukturu obyektlərinin
təxribat, terror hücumları və digər təhlükələrdən mühafizəsi
məqsədilə polisin və silahlı qüvvələrinin səfərbər edilməsini
nəzərdə tutur.