Advertisement

Yanvar-mart aylarında Qazaxıstan vətəndaşları Türkiyədə 250 daşınmaz əmlak alıb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Qazaxıstan vətəndaşları
Türkiyədə 250 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin
eyni dövrü ilə müqayisədə 159 obyekt azdır.

Trend-in TurkicWorld-ə istinadən
xəbərinə görə, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz
Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Bildirilib ki, bu ilin mart ayında Qazaxıstan vətəndaşları
Türkiyədə 72 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin mart ayı
ilə müqayisədə 49 obyekt azdır.

Qeyd edək ki, 2024-cü ilin mart ayında Türkiyədə 105 min 394
mənzil satın alınıb ki, bu da 2023-cü ilin mart ayı ilə müqayisədə
0,1 faiz azdır.

Məlumata görə, 2024-cü ilin yanvar-mart aylarında Türkiyədə 279
min 604 mənzil satın alınıb.

“Bu göstəricilər 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz
azdır”, – deyə nazirlikdən qeyd edilib.

2024-cü ilin mart ayında Türkiyədə xarici vətəndaşlara 778
mənzil satılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə
47,9 faiz azdır.

Eyni ilin yanvar-mart aylarında əcnəbi vətəndaşlar Türkiyədən 5
min 685 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə
48 faiz azdır.