Advertisement

HƏMAS İsraillə əsir mübadiləsi etməyə hazır olduğunu açıqlayıb

Bakı. Trend:

HƏMAS İsrailin fələstinli əsirləri azad etməsi müqabilində
israilli əsirləri azad etməyə hazırdır.

Trend xəbər verir ki, bunu HƏMAS lideri Usamə Həmdan
bildirib.

Onun sözlərinə görə, hərəkat Beynəlxalq Ədalət Məhkəməsinin
verdiyi istənilən atəşkəs qərarına əməl edəcək.