Advertisement

Bu gün ABŞ Konqresi Ukraynaya əlavə yardımla bağlı qanun layihəsini nəzərdən keçirəcək

Bakı. Trend:

Bu gün ABŞ Konqresinin Nümayəndələr palatası Ukraynaya əlavə
yardımla bağlı qanun layihəsini nəzərdən keçirəcək.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Ukrayna üçün 60
milyard dollar dəyərində əlavə yardımın ayrılmasını nəzərdə
tutur.

Qeyd edək ki, sözg=ügedən qanun layihəsindən başqa, bu gün ABŞ
Konqresində İsrailə yardım, Tayvana yardım və Hind-Sakit okean
regionunda sabitliyin dəstəklənməsi, eləcə də, ABŞ prezidentinin
Rusiya və İrana qarşı yeni sanksiyalar tətbiq etmək hüququ ilə
bağlı qanun layihələri də nəzərdən keçiriləcək.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun