Advertisement

Bayden ABŞ-nin ilk dəfə 90 kq uran istehsal etdiyin açıqlayıb

Bakı. Trend:

ABŞ tarixində ilk dəfə ölkədə 90 kiloqram zənginləşdirilmiş uran
istehsal edilib.

Trend xəbər
verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Vaşinqtonda
seçkiqabağı kampaniyası çərçivəsində çıxışında deyib.

Baydenin sözlərinə görə, ABŞ-də bu ilin sonunadək bir tona qədər
uranın istehsal olunacağı nəzərdə tutulur ki, bu sayədə 100 min evi
enerji ilə təmin etmək mümkün olacaq.

“Zənginləşdirilmiş uran istehsalı ABŞ-nin neft idxalından
müstəqilliyə nail olmaq cəhdlərindən biridir”, – o deyib.

Xatırladaq ki, ötən ay “Bloomberg” agentliyi ABŞ və digər Qərb
ölkələrinin nüvə yanacağının bahalaşması fonunda daha əvvəl
mühafizə olunan uran mədənlərində fəaliyyəti bərpa etdiyini
yazıb.

Məlumatda qeyd olunub ki, ABŞ şirkətləri Vayominq, Texas,
Arizona və Yuta ştatlarında mədənlərdə fəaliyyəti bərpa
edirlər.

Qeyd edək ki, bu ştatlardakı uran mədənləridən əksəriyyətinin
fəaliyyəti 2011-ci ildə Yaponiyanın “Fukusima-1” atom elektrik
stansiyasında qəzadan sonra dayandırılmışdı. Nəticədə nüvə
yanacağının qiyməti kəskin ucuzlaşmış, bir çox uran mədənləri isə
ziyana uğramışdı.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun