
Bakı. Trend:
2024-cü ilin yanvar-mart aylarında Türkiyənin İsrailə sement
məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz
azalaraq, 67,8 milyon dollara bərabər olub.
Trend-in TurkicWorld-ə istinadən
məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.
“Bu ilin mart ayında Türkiyə İsrailə 25,1 milyon dollar
məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin mart
ayı ilə müqayisədə 38,2 faiz azdır”, – deyə nazirlikdən qeyd
edilib.
2024-cü ilin yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına
sement məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7,4
faiz azalaraq, 1,1 milyard dollara bərabər olub.
Bu ilin mart ayında Türkiyə 390 milyon dollar məbləğində sement
məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə
11,1 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023 – mart 2024)
Türkiyə 4,5 milyard dollar məbləğində sement məhsulları ixrac
edib.





























