
Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda misirli
həmkarı Samih Şukri ilə görüşüb.
Trend Türkiyə
KİV-ə istinadən xəbər verir ki, görüşdə Türkiyə-Misir münasibətləri
ilə yanaşı, Qəzza zolağındakı vəziyyət də müzakirə olunub.
Hakan Fidan Qəzza zolağına humanitar yardımların çatdırılmasında
Misirin rolunu qeyd edərək, ölkəyə minnətdarlığını bildirib.
Bundan başqa, Hakan Fidan bildirib ki, Qəzza zolağındakı
münaqişə həll olunmayacağı təqdirdə bölgədə böhranların artmasına
səbəb olacaq.





























