
Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Fələstinin
“HƏMAS” hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyəni qəbul
edib.
Trend-in
məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının
Kommunikasiya İdarəsi bildirib.
Məlumata əsasən, görüşdə İsrailin Fələstin torpaqlarına,
xüsusilə də Qəzza zolağına hücumları, Fələstin anklavına humanitar
yardımın adekvat və fasiləsiz çatdırılmasını təmin etmək üçün
atılan addımlar, eləcə də bölgədə ədalətli və davamlı sülh prosesi
ilə bağlı məsələlər müzakirə edilib.
Görüş zamanı R.T.Ərdoğan Türkiyənin beynəlxalq diqqəti
fələstinlilərə edilən zülmə cəlb etmək üçün diplomatik səylərini
davam etdirdiyini bildirib.
O qeyd edib ki, regional sülhün açarı olan müstəqil Fələstin
dövlətinin yaradılması və bölgədə daimi sülhün bərqərar olması üçün
hər cür səy göstərilir.





























