Bakı. Trend:
ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya və ABŞ-ın digər
regional müttəfiqlərinə kömək üçün qanun layihələrini
təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər
verib.
Məlumata əsasən, üç qanun layihəsi üzrə ayırmaların ümumi
məbləği 95,34 milyard dollar təşkil edib. Ukraynaya 60,84 milyard
dollar ayrılması təklif edilib.
Bildirilib ki, Ukraynaya 60,64 milyard dollarlıq yardım haqqında
qanun layihəsini 311 konqresmen dəstəkləyib, 112-si əleyhinə səs
verib.




























