Advertisement

Şri-Lanka dəniz səyahətçiləri üçün onlayn viza sistemi tətbiq edib

Bakı. Trend:

Şri-Lanka hakimiyyəti dəniz yolu ilə səyahət edənlər üçün onlayn
vizaların verilməsi mexanizmini işə salıb.

Trend-in
məlumatına görə, bu barədə “Daijiworld” nəşri xəbər verib.

“Şri-Lankanın İmmiqrasiya və Mühacirət Departamenti ölkəyə dəniz
yolu ilə daxil olan səyahətçilər üçün onlayn viza sistemi tətbiq
edib. Viza turistlərə 4 gün müddətinə verilir və Şri Lankaya
gəlməmişdən əvvəl rəsimləşdirilməlidir”, – deyə bildirilib.

Qeyd olunub ki, onlayn vizanın qiyməti 25 dollar təşkil
edir.