Bakı. Trend:
ABŞ administrasiyası Ukrayna paytaxtındakı səfirliyə əlavə hərbi
müşavirlər göndərməyi düşünür.
Trend-in
məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder
bildirib.
Onun sözlərinə görə, müşavirlər hərbi vəzifələri yerinə
yetirməyəcək, Ukrayna hökumətinə və silahlı qüvvələrinə məsləhət
verəcəklər. “Münaqişə boyu Müdafiə Nazirliyi təhlükəsizlik
şərtlərinin dəyişməsi ilə əlaqədar ölkədə mövcudluğunu nəzərdən
keçirdi və düzəliş etdi. Biz hazırda səfirliyə bir neçə əlavə
məsləhətçi göndərmək imkanını nəzərdən keçiririk”, – deyə o qeyd
edib.




























