Advertisement

ABŞ Ukraynadakı səfirliyində hərbi müşavirlərin sayını artıra bilər

Bakı. Trend:

ABŞ Ukraynadakı Amerika səfirliyinə əlavə hərbi müşavirlər
göndərməyi düşünür.

Trend-in
məlumatına görə, bu barədə “Politico” qəzetinə Pentaqonun rəsmi
nümayəndəsi Patrik Rayder deyib.

“Hazırda biz Səfirliyin Müdafiə üzrə Əməkdaşlıq İdarəsini
gücləndirmək üçün bir neçə əlavə müşavir göndərməyi düşünürük”, –
deyə o bildirib.

Onun sözlərinə görə, müşavirlər hərbi əməliyyatlarda iştirak
etməyəcək, lakin “Ukrayna hakimiyyətinə və hərbçilərinə məsləhət və
dəstək verəcəklər”.

Pentaqonun rəsmisi bildirib ki, idarə “döyüşdən kənar müxtəlif
məsləhət və dəstək missiyalarını yerinə yetirir”.