Advertisement

Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir – Bayden

Bakı. Trend?

ABŞ Konqresinin Senatı Kiyevə yardım üçün vəsait ayıran qanun
layihələrini tez bir zamanda təsdiq etməlidir ki, Ukraynaya mümkün
qədər tez silah göndərilsin.

Trend-in
məlumatına görə, bu barədə Prezident Cozef Bayden bildirib.

“Mən səs verən iki partiyalı qanunverici koalisiyaya təşəkkür
etmək istəyirəm. Qanun layihələri mənim stolumun üstündə olmalıdır
ki, mən onu imzalaya bilim. Ukraynanın döyüş meydanında təcili
ehtiyaclarını ödəmək üçün dərhal silah və texnika göndərək”, – deyə
dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya
yardımın maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini qəbul edib.
İndi bu məsələyə ABŞ Senatı baxmalı və daha sonra ABŞ Prezidenti
Cozef Bayden imzalamalıdır. Qanun layihəsinə əsasən ABŞ Ukraynaya
61 milyard dollara yaxın məbləğdə yardım ayıracaq.